İtaliyanın intibah dövrünün məşhur sənətçisi Leonardo da Vinçinin "Mona Liza" əsərinin sirrini tapmağa çalışan araşdırmaçı yeni bir iddia ilə çıxış edib. SİA xəbər verir ki, Leonardo da Vinçinin yaratdığı "Mona Liza" obrazının bir kişi ilə bir qadın simasının sintezi olduğu önə sürülüb.

İtaliyanın incəsənət tarixi ilə məşğul olan Silvano Vinseti iddia edir ki, şəkildəki kişi obrazı Leonardo da Vinçinin köməkçisi Cian Ciakomo Kaprottidir.

Tarixi və Mədəni Miraslar Komitəsinin sədri Vinseti əsərdəki "Mona Liza" obrazının Toskanalı bir tacirin həyat yoldaşı Lisa Cerardini ilə Cion Ciakomo Caprottinin simalarının sintezi olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...