Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskovun keçən ilki gəlirinin Putinin gəlirlərindən dörd dəfə çox olduğu məlum olub. SİA xəbər verir ki, bununla bağlı açıqlama verən Peskov pulun atasından ona miras qaldığını bildirib.
Peskovun 2015-cı ildə 544 min dollar gəlir əldə etdiyi məlum olub. O, açıqlamasında bu sözləri deyib: "Bu mənim maaşım və təəssüf ki, atam öldükdən sonra mənə miras qalan puldur".
Putinun 2015-ci ildə əldə etdiyi gəlirin isə 132 min dollar olduğu müəyyən edilib. Lakin bəzi mütəxəssislər Putinin gizli sərvətinin olduğunu iddia edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB