"Mona Liza"nın villası İtaliyanın Toskana şəhərində 10 milyon avroya satışa çıxarılıb. SİA xəbər verir ki, villanın sahibi vaxtilə rəssam Leonardo da Vinçinin çəkdiyi "Mona Liza" əsərinin modeli olub.

Florensiyanın 5 kilometr yaxınlığında yerləşən villanın kiçik kilsə və limon meşəliyi daxil olmaqla geniş ərazisi var. Vaxtilə bu imarətə ipək taciri Françesko del Cokonda sahiblik edib.Onun həyat yoldaşı Liza Gerardini "Mona Liza" əsərindəki qadın obraz olub.

Rəssam bu əsərini 1503-1506-cı illərdə çəkib. Bu illərdə L.Gerardininin həyat yoldaşı villanın sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə