Ağciyər xərçəngi müalicəsində yenilik

Estrogen hormonunun xərçəng hüceyrələrindəki təsirlərini araşdıran Kahramanmaraş Südçü İmam Universitetindən (KSU) bir qrup alim, "G-1"maddəsinə tətbiq olunan xərçəng hüceyrələrinin çoxalmasının dayandığını və bir müddətdən sonra hüceyrə ölümünün meydana gətirdiyini təyin edib. Bununla da alimlər bu nəticənin ağciyər xərçəngi müalicəsinə müsbət təsir göstərəcəyini vurğulayıblar.

KSU Tibb Fakültəsi Farmakologiya sahəsi müəllimi, dos. dr. Akif Hakan Kurt başçılığındakı bir qrup alim, TÜBİTAK və universitetlərinin dəstəyi ilə başlatdıqları işdə, estrogen hormonunun xərçəng hüceyrələrindəki təsirlərini araşdırıb.

Ürək və damar xəstəliklərinin qadınlarda kişilərə nisbətən daha az görülməsindən yola çıxaraq estrogen qoruyuculuğunu araşdıran qrup, estrogenin xərçəng hüceyrələri üzərinə təsirlərini təhlil edib. Qrup apardığı araşdırmalarla estrogen ilə əlaqəli "G-1" maddəsinin xərçəng hüceyrələrinin çoxalmasını dayandırdığını, hətta bu hüceyrələri öldürdüyünü təyin edib.

Dos. dr. Kurt, hər il dünyada 12-15 milyon, Türkiyədə isə 150 ​​min adama xərçəng diaqnozu qoyulduğunu bildirib. Bunların təxminən yüzdə 25-nin ağciyər xərçəngi olduğunu dilə gətirən Kurt, Türkiyədə xərçəng müalicəsinə ildə təxminən 2 milyard avro xərcləndiyini söyləyib.

Kurt xərçəng müalicəsində xüsusilə yeni dərmanların inkişaf etdirilməsi və bu dərmanların Türkiyə şərtlərində çıxarılmasının həm xəstələrin, həm də milli iqtisadiyyat baxımından böyük əhəmiyyət daşıdığını deyib.

Təhminə Novruzlu

Bütün xəbərlər Facebook səhifəmizdə