Edam edilənlərin sayı artıb

Keçən il dünya üzrə 1634 adam edam edilib. SİA xəbər verir ki, bu barədə Londonda yerləşən Beynəlxalq Əfv Təşkilatı araşdırma aparıb.

Araşdırmanın nəticəsinə görə edamların 90 faizi İran, Pakistan və Suriyada həyata keçirilib. 2014-cü illə müqayisədə 2015-ci ildə bu sayı artıb.

Belə ki, 2015-ci ildə edam edilən insanların sayı 2014-cü illə müqayisədə 573 nəfər daha çoxdur.

Bu göstərici son 25 ilin ən yüksək göstəricisidir.

Çində ötən il ərzində 1000-dən çox adamın edam edildiyi ehtimal olunsa da bu ölkədə edam dövlət sirri olduğundan mətbuatda dərc olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə