Alma yeyin, uzunömürlü olun! FOTOLAR

Alma yeyin, uzunömürlü olun! FOTOLAR

Gündə 1 alma yemək erkən yaş ölümü riskini 35 faiz azaldır. SİA xəbər verir ki, "Daily Mail"də dərc edilən yazıda bildirilib ki, 70 və 85 yaş arasında 1456 qadın üzərinə 15 il boyunca aparılan təcrübələr göstərib ki, gündə 100 qram alma yeyən qadınlar daha uzunömürlü olur.

Alimlər bu təsirin alma qabığındakı flavanoidler və liflər sayəsində olduğunu söyləyiblər. Flavanoidler antioksidan təsiri ilə hüceyrələrin ziyan görməsini manə olur. Alma qabığında olan liflər xolesterolu və təzyiqi tənzimləməklə yanaşı, xərçəng xəstəliyi riskini azaldır.

Eyni zamanda maqnezium, kalium və C vitamini ilə zəngin olan alma digər meyvələrə nisbətən daha çox təsirə malikdir. Hər gün alma yeyən insanların daha sağlam olduqları müəyyən edilib. Alma ilə bərabər digər meyvə və tərəvəz qəbul etməklə həm sağlamlığınızı təmin etməklə yanaşı ömrünüzü də uzada bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə