Sovetpərəstlər problem yaratmağa davam edir

Sovetpərəstlər problem yaratmağa davam edir

Polşa Sovet İttifaqı dövründən qalan 500-dən çox heykəli sökəcək. SİA xəbər verir ki, meydanlardan söküləcək heykəllər muzeylərə yerləşdiriləcək.

Polşa rəsmisi Kukasz Kaminski heykəllərin bu günə qədər sökülməməsini böyük səhv kimi qiymətləndirib. O bildirib ki, bəzən bu tipli heykəllər ölkədə təbliğatı və provokatif hərəkətlər zamanı bir fürsət kimi istifadə edilir.

Kaminski vurğulayıb ki, Polşada sovet dövrünə aid hər hansı bir abidə sökülən zaman Moskvadan buna qarşı reaksiya gəlir. Buna görə də Kaminski heykəllərin Rusiyaya provokatif səbəb vermədən sökülməsini məqsədəuyğun hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə