"Windows" əməliyyat sisteminin 10-cu versiyasının yükləndiyi cihazların sayı 270 milyonu ötüb. SİA "runews24.ru"a istinadən xəbər verir ki, "Microsoft Build 2016" konfransı zamanı "Microsoft" korporasiyasının icraçı vitse-prezidenti və "Windows&Devices" bölməsinin rəhbəri Terri Mayerson belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə cari ilin yayında yenilənəcək "Windows 10 Anniversary"də bir sıra yeni funksiyalar olacaq.
Məsələn, əvvəllər əməliyyat sisteminə daxil olduqda əlçatan olan biometrik identifikasiya vasitəsi, brauzer yeniləndikdən sonra ayrı-ayrı internet portalları üçün də istifadə etmək mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB