Bir çox qidaların bilmədiyimiz xeyrləri ola bilir. Lakin soğanın yeni kəşf edilən özəllikləri onunla bağlı fikirlərimizi tamamilə dəyişməyə məcbur edir. Bir sözlə soğana sağlamlıq mənbəyi desək yanılmarıq. SİA Türkiyə mətbuatına istinadən soğanla sağlam yaşamağın 10 yolunu təqdim edir.

Əgər öskürür və ona çarə tapa bilmirsinizsə, o zaman soğan suyu köməyə gələ bilər. Nəfəsinizdən soğan qoxusunun gəlməsi sizi narahat etməsin. Diz məcunu, saqqızla soğan qoxusundan azad ola bilərsiniz. Soğan suyu qısa zamanda sizi öskürəkdən azad edəcək.

Arı və ağcaqanad sancması zamanı üzərinə təzək sürtməkdən tüpürməyə qədər bir çox üsullara əl atılır. Lakin əsil müalicə yenə də soğandadır. Yaranın üzərinə soğan sürtün demirik. Lakin yaz və yaya aylarında evinizin kənar hissələrinə soğan doğrayıb qoya bilərsiniz. Arı və ağcaqanad soğan olan yerlərə yaxınlaşmaz. Beləliklə siz arı və ağcaqanad sancmasından azad ola bilərsiniz.

Dəri zədələnmələrində ən çox Aloe bitkisindən istifadə olunur. Hər marketdə aloe bitkisini tapmaq da mükün deyil. Bundan başqa aloe bitkisi bahalı bitkidir. Lakin bu bitkinin eyni tərkibi hər birimizin evində var. Belə ki, soğan pərdələrində olan maddələrin bir çoxu aloe ilə üst-üstə düşür. Dərin yaralarınıın üzərinə soğanın pərdələrini qoyun və möcüzəni öz gözünüzlə görün!

Qızdırmanız var və xəstəliyə qarşı müqavmitə göstərə bilmirsiniz? O zaman soğanla qızıdırmanızı sala bilərsiniz. Soğan dilimini corabınızın içinə, dabanınızla təmas olan yerə qoyacaqsınız. Soğan sürətlə qızdırmanızı endirəcək.

Qulaq orqanizmdə ən vacib orqanlardan biridir. Qulaq ağrısı ən dəhşətli ağrılardan sayılır. Bunu çəkənlər bilər. Əgər qulaq ağrısından əziyyət çəkirsizsə, o zaman soğanı orta hissəsini iki yerə bölüb qulağınıza qoya bilərsiniz. Bir neçə saat içərisində qulaq ağrısından canınızı qurtaracaqsınız.

Soğan təkcə yaralanmalarda deyil, eləcədə cərrahi əməliyyatlardan sonra qalan izlərin aradan qaldırılmasında böyük alternativ sayıla bilər Yaralardan sonra qalan izlərin itməsini sürətləndirilməsində böyük əhəmiyyətə malik olan soğan bu sahədə böyük sirlərə malikdir.

Əgər bədəninizdəki hər hansı yaraya infeksiya düşübsə, xəstəxanaya getməzdən əvvəl köməyə soğan gələcək. Bir dilim çörəyin üzərinə qaynadılmış süd töküb, üzərinə soğan rendeleyin. Hazırlanan qarışığı infeksiya düşən yerə qoyun və 2 saata qədər saxlayın.

Günəş yanığının çarəsini hər kəs qatıqda axtarır. Lakin əsil müalicə soğandadır. Günəş yanıqlarınızın üzərinə soğan dilimi qoyun və yanıqlarınızın soğanın suyunu çəkdiyinə əmin olun. Bunun üzərinə bir yumurtanın ağını sürtməklə müalicənizi tamamlaya bilərsiniz.

Soğanla soyuqdəyməni unudun! Əgər soyuqdəyməniz varsa, o zaman çayınızın içinə bir ədət dilimlənmiş soğan atıb için. Yanında duzlanmış soğan halqaları qəbul edin. Bunları qəbul etdikdən sonra yatın, oyanan zaman özünüzü çox yaxşı hiss edəcəksiniz.

Psixoloji sarsıntılar zamanı insanı ağlamaq sakitləşdirir. Əgər ağlaya bilmirsinizsə, o zaman soğan köməyinizə gələ bilər. Bol soğan soymaqla ağlaya, bununla da özünüzə sakitləşdirə bilərsiniz. Soğan özünüzü pis hiss etdikdə belə sizə yardımçı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB