Milyarderin oğlunun toyu VİDEO-FOTO

Milyarderin oğlunun toyu VİDEO-FOTO

Məşhur rusiyalı milyarder Mixail Qutseriyev oğluna dəbdəbəli toy mərasimi keçirib. Milyarderin 28 yaşlı oğlu Səid Qustseriyev, özündən 8 yaş kiçik Xədicə Ujahova ilə Moskvada nikaha daxil olub. Təkcə toy mərasiminin keçirildiyi salonun bəzədilməsinə 14 milyon rubl (330 min 840 manat) xərclənib.

Qeyd edək ki, toy mərasimində Cennifer Lopez, Stinq, Enrike İqlesias, Patrisia Kaas kimi dünya ulduzları səhnəyə çıxıb. Onların hər birinə yüksək məbləğdə qonorar ödənilib.

"Forbes" jurnalının verdiyi məlumata görə, 2,4 milyard dollar sərvəti olan inquş mənşəli milyarder bir çox iri şirkətlərin sahibidir.

SİA sözügedən toy mərasimindən olan videogörüntünü təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə