Barak Obamadan tanqo rəqsi FOTOLAR

ABŞ Prezidenti Barak Obama ailəsi ilə birgə Argentina Prezidenti Mauricio Macrinin dəvəti ilə Kirchner Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə iştirak edib. SİA-nın hürriyet.com-a istinadən verdiyi xəbərə görə, qonaqların marağına səbəb olan məqamlardan biri Barak Obamanın tanqo rəqsini oynaması olub. Rəqqasə Mora Godoy ilə rəqs edən prezidentin çıxışına cavab olaraq, xanımı Michelle Obama da onlara qoşulub.

Qeyd edək ki, Mora Godoy Barak Obamanın ifasını yüksək qiymətləndirib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə