ABŞ-ın Ohayo ştatında yaşayan 42 yaşlı Nannett Hammond "Barbi" kuklalarına bənzəmək üçün bu günədək 500 min dollar xərcləyib. 5 uşaq anası olan qadının çoxlu sayda plastik əməliyyat etdirdiyi bildirilir. Əvvəlki görünüşü ilə indiki arasında çox fərq olan Nannet 70 yaşına kimi əməliyyatdan imtina etməyəcəyini deyib. Estetik əməliyyatlara olan marağına görə Nannett 24 yaşında tibb bacısı kimi işlədiyini deyib.
"Estetik əməliyyat etdirən xəstələr əmliyyatdan sonra elə xoşbəxt görünürdülər ki, məndə də həvəs yarandı. Estetikdən imtina edə bilmərəm, iynələr mənə rahatlıq verir, özümü rahat və xoşbəxt hiss edirəm. Bilirəm ki, arxamca danışırlar, məni buna görə qınayırlar. Amma bütün bunlar mənim vecimə deyil. Özümü çox xoşbəxt hiss edirəm".
Hammondun həyat yoldaşı xanımın bu həvəsinə görə illərdir sərvət xərclədiyini, ancaq onun çox gözəl həyat yoldaşı və ana olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB