"Sony" misli görünməmiş qulaqcığı nümayiş etdirdi

"Sony" misli görünməmiş qulaqcığı nümayiş etdirdi

"Sony" şirkəti "SXSW Music Festival" sərgisində funksiyaları qulaqcığa uyğun olan cihazın prototipini nümayiş etdirib. SİA "rambler.ru"ya istinadən xəbər verir ki, yeni cihaz əsas vəzifəsini yerinə yetirməklə bərabər, ətraf aləmin səslərini də eşitməyə imkan verir.

Boyunbağıya oxşayan qurğu audionu qulaqlara yönəldir. Bu zaman kənar səslər təcrid olunmur və bu, heç nəzərdə də tutulmayıb.

"Concept N" səslə idarə olunur, ona kamera da quraşdırılıb və əlavə aksessuar kimi "standart" qulaqcıqları var. Qulaqcıqlardakı dəliklər ətraf aləmin səslərini də eşitməyə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə