Ən böyük Lenin heykəli meydandan söküldü

Ən böyük Lenin heykəli meydandan söküldü

Ukraynada yerləşən ən böyük Lenin heykəli sökülüb. SİA-nın məlumatına görə, Zaparojya şəhərində ucaldılan Lenin heykəli iki gün ərzində davam edən işlər nəticəsində meydandan sökülüb.

Heykəl 20 metr hündürlüyündə, 40 ton ağırlığında olub. 29 saat ərzində sökülən heykəl daha sonra bələdiyyə işçiləri tərəfindən yük maşını ilə daşınıb.

Bununla bağlı olaraq bir çox insan heykəlin necə söküldüyünün canlı şahidi olmaq üçün meydana toplaşıb. Sökülən heykəllə şəkil çəkdirənlər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə