2016-cı ilin ən xoşbəxt ölkələri müəyyən edilib. SİA-nın məlumatına görə, 157 ölkənin, həmçinin Azərbaycanın da daxil edildiyi siyahıda Danimarka birinci yerdə, Azərbaycan isə 81-ci yerdə qərar tutub.
Hesabat ABŞ-ın Kolumbia Universitetinin "Earth" inistitutu və "Sustainable Development Solutions Network"un birgə əməkdaşlığı ilə tərtib edilib. Hesabatda birdən çox kateqoriyaya görə dünyanın ən xoşbəxt ölkələri müəyyən edilib. Burada əhalinin yaşayış səviyyəsi, maddi vəziyyəti, qadın-kişi bərabərliyi, ətraf mühitə verilən dəyər də nəzərə alınıb.
Belə ki, siyahıda Türkiyə 78-ci yerdə, ABŞ 13-cü yerdə, Rusiya 56-cı yerdə, İran 105-ci yerdə, Ermənistan isə 121-ci yerdə qərarlaşıb.
Siyahının axırıncısı isə Burundi olub.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB