Novruz bayramı qadağan edildi

Türkiyənin Hakkari şəhərində və şəhərin rayonlarında Novruz bayramının qeyd edilməsi qadağan edilib. SİA-nın məlumatına görə, bayran şəhərdə həyata keçirilən hərbi əməliyyatlarla bağlı olaraq qadağan edilib.

Hakkari İcra Hakimiyyətinin rəsmi internet saytında məsələ ilə bağlı açıqlamada verilib.

Açıqlamada deyilir ki, Hakkaridə aparılan anti-terror əməliyyatları ilə bağlı olaraq şəhərdə Novruz bayramının qeyd edilməsi qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə