Bakı sakinləri arasında "Siz homofobsuz?" adlı bir sorğu keçirilib. Təbii ki, sual ünvanlanan vətəndaşların əksəriyyəti "homofobiya"nın nə olduğunu bilmədikləri halda, (onlar bunu eynicinsli əlaqə ilə qarışıq salıblar - red.) buna qarşı mövqelərinin pis olduğunu söyləmişdilər.
Əslində isə homofobiya homoseksuallardan qorxmaq mənasını verir.
Vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə məlum olan fobiyaları təqdim edirik.
A
Ablütofobiya: Çimməkdən qorxmaq
Agirofobiya: Prospektlərdə, ya da küçələrdə əks tərəfə keçməkdən qorxmaq
Aqorafob: Açıq yer, ya da izdihamdan qorxmaq
Ailurofobiya: Pişiklərdən qorxmaq
Akluofobiya: Qaranlıqdan qorxmaq
Akrofobiya: Yüksək yerlərdən qorxmaq
Akustikofobiya: Müəyyən səslərdən qorxmaq
Algofobiya: Acı çəkməkdən qorxmaq
Amatofobiya: Tozdan qorxmaq
Amnezifobiya: Yaddaşını itirməkdən qorxmaq
Androfobiya: Adamlardan qorxmaq
Anemofobiya: Fırtınadan qorxmaq
Antlofobiya: Seldən qorxmaq
Antropofobiya: İnsanlardan qorxmaq
Apifobiya: Arılardan qorxmaq
Arakibutirofobiya: Yerfıstığı əzməsini yeyərkən, damağa yapışmasından qorxmaq
Araknofobiya: Hörümçəklərdən qorxmaq
Aritmofobiya: Saylardan qorxmaq
Asimetrifobiya: Simmetrik olmayan şeylərdən qorxmaq
Astenofobiya: Gücsüz olmaqdan qorxmaq
Astrafobiya: İldırımdan qorxmaq
Ataksofobiya: Nizamsızlıqdan qorxmaq
Atelofobiya: Mükəmməl olmamaqdan qorxmaq
Aviofobiya: Uçmaqdan qorxmaq
B
Ballistofobiya: Silahdan, ya da güllədən qorxmaq
Batofobiya: Dərinlik qorxusu, yüksək binaların yanından keçməkdən qorxmaq
Batrakofobiya: Qurbağa kimi amfibiya heyvanlardan qorxmaq
Belonefobiya: İynələrdən qorxmaq
Bibliyofobiya: Kitablardan qorxmaq
Bromidrosifobiya: Bədən ətrindən qorxmaq
Brontofobiya: Göy gurultusundan qorxmaq
D
Dentofobiya: Stomatoloqdan qorxmaq
Dermatopatofobiya: Dəri xəstəliklərindən qorxmaq
E
Eisoptrofobiya: Güzgülərdən qorxmaq
Elektrofobiya: Elektrikdən qorxmaq
Emetofobiya: İyrənməkdən qorxmaq
Entomofobiya: Həşəratlardan qorxmaq
Epistaksiyofobiya: Burun qanamasından qorxmaq
Eritrofobiya: Üz qızarmasından qorxmaq
F
Farmakofobiya: Dərmanlardan qorxmaq
Fazmofobiya: Kabuslardan qorxmaq
Febrifobiya: Yüksək temperaturdan qorxmaq
Filemafobiya: Öpməkdən, ya da öpüşməkdən qorxmaq
Filofobiya: Sevməkdən, aşiq olmaqdan qorxmaq
Fobofobiya: Qorxmaqdan qorxmaq
Fotofobiya: İşıqdan qorxmaq
G
Gametofobiya: Evlənməkdən qorxmaq
Gefirofobiya: Körpülərdən keçməkdən qorxmaq
Gerontofobiya: Yaşlı insanlardan, ya da qocalmaqdan qorxmaq
Glossofobiya: İcma qarşısında danışmaqdan qorxmaq
H
Haptofobiya: Kiminsə ona toxunmağından qorxmaq
Harpaksofobiya: Oğru, ya da bir cinayətin qurbanı olmaqdan qorxmaq
Helyofobiya: Günəşdən qorxmaq
Hematofobiya: Qandan qorxmaq
Herpetofobiya: Sürünənlərdən qorxmaq
Hidrofobiya: Sudan, üzməkdən, ya da boğulmaqdan qorxmaq
Higrofobiya: Rütubətdən, ya da yağışdan qorxmaq
Hipegiyafobiya: Məsuliyyətdən qorxmaq
Hipnofobiya: Yatmaqdan qorxmaq
Hipofobiya: Atlardan qorxmaq
Homiklofobiya: Dumandan qorxmaq
Homofobiya: Homoseksuallardan qorxmaq
İ
İhtiyofobiya: Balıqlardan qorxma
İslamafobiya: İslamdan qorxmaq
J
Jinefobiya: Qadınlardan qorxmaq
K
Kakofobiya: Pislikdən, çirkin şeylərdən qorxmaq
Kakorafiyafobiya: Uğursuz olmaqdan qorxmaq
Kanserofobiya: Xərçəng olmaqdan qorxmaq
Kardiyofobiya: Ürək xəstəliyindən qorxmaq
Karnofobiya: Ətdən qorxmaq
Katagelofobiya: Zarafata tuş gəlməkdən qorxmaq
Kemofobiya: Kimyəvi maddələrdən qorxmaq
Keymafobiya: Qışdan və soyuqdan qorxmaq
Kimofobiya: Dalğalardan qorxmaq
Kinofobiya: İtlərdən qorxmaq
Klimakofobiya: Nərdivandan düşməkdən və ya pilləkənlərdən qorxmaq
Klaustrofobiya: Qapalı yerdən qorxmaq
Koprofobiya: İfrazatdan qorxmaq
Koulrofobiya: Klounlardan qorxmaq
Kremnofobiya: Yüksək yamaclardan, ya da uçurumlardan qorxmaq
Kriyofobiya: buzdan, ya da donmaqdan qorxmaq
Kronomentrofobiya: Saatlardan qorxmaq
Ksantofobiya: Sarı rəngdən qorxmaq
Ksenofobiya: Xaricilərdən qorxmaq
Ksilofobiya: Taxta şeylərdən, ya da meşələrdən qorxmaq
L
Limnofobiya: Göllərdən qorxmaq
Litikafobiya: Məhkəmələrdən qorxmaq
Logofobiya: Müəyyən sözlərdən qorxmaq
Lökofobiya: Ağ rəngdən qorxmaq
M
Manyofobiya: Dəli olmaqdan qorxmaq
Mastigofobiya: Bəladan qorxmaq
Mekanofobiya: Maşınlardan qorxmaq
Melanofobiya: Qara rəngdən qorxmaq
Mikrobiyofobiya: Mikroblardan qorxmaq
Mizofobiya: Çirkdən qorxmaq
Monofobiya: Tənhalıqdan qorxmaq
Musofobiya: Siçanlardan qorxmaq
N
Nekrofobiya: Cəsəddən qorxmaq
Nelofobiya: Şüşədən qorxmaq
Niktofobiya: Gecədən qorxmaq
Nozokomefobiya: Xəstəxanalardan qorxmaq
Nüdofobiya: Çılpaqlıqdan qorxmaq
O
Obesofobiya: Kökəlməkdən qorxmaq
Ofidiyofobiya: İlanlardan qorxmaq
Okofobiya: İctimai nəqliyyatdan qorxma
Osmofobiya: Müəyyən ətirlərdən qorxmaq
P
Pantofobiya: Hər şeydən qorxmaq
Papirofobiya: Kağızdan qorxmaq
Paraskavedekatriafobiya: Ayın on üçündən və bu günün cüməyə düşməsindən qorxmaq
Patofobiya: Xəstə olmaqdan qorxmaq
Pedofobiya: Uşaqlardan qorxmaq
Peladofobiya: Keçəl insanlardan, ya da keçəlləşməkdən qorxmaq
Penyafobiya: Kasıblıqdan qorxmaq
Pirofobiya: Atəşdən qorxmaq
Plakofobiya: Məzar daşlarından qorxmaq
Pogonofobiya: Saqqaldan, ya da saqqallı adamlardan qorxmaq
Politikofobiya: Siyasətçilərdən qorxmaq
Porfirofobiya: Bənövşəyi rəngdən qorxmaq
Potamofobiya: Çaylardan və ya su axınlarından qorxmaq
Potofobiya: Spirtli içkilərdən qorxmaq
Pupafobiya: Kuklalardan qorxmaq
R
Radyofobiya: Radiasiyadan, "X" şüalarından qorxmaq
Ranidafobiya: Qurbağalardan qorxmaq
S
Selenofobiya: Aydan qorxmaq
Siderofobiya: Ulduzlardan qorxmaq
Simetrofobiya: Simmetriyadan qorxmaq
Skiofobiya: Kölgələrdən qorxmaq
Sosyofobiya: Cəmiyyətdən, ümumiyyətlə insanlardan qorxmaq
Soteriofobiya: Başqalarına möhtac olmaqdan qorxmaq
T
Tafefobiya: Diri-diri basdırılmaqdan qorxmaq
Takofobiya: Yüksək sürətdən qorxmaq
Talassofobiya: Dəniz, ya da okeandan qorxmaq
Tanatofobiya: Ölümdən qorxmaq
Teknofobiya: Texnologiyadan qorxmaq
Teratofobiya: Hamilə qadının çirkin bir uşaq doğmaqdan qorxması
Termofobiya: İstilikdən qorxmaq
Testofobiya: Testlərdən, ya da imtahanlardan qorxmaq
Tokofobiya: Hamilə qalmaqdan, ya da uşaq doğmaqdan qorxmaq
Tomofobiya: Cərrahiyyə əməliyyatından qorxmaq
Toksifobiya: Zəhərlənməkdən qorxmaq
Topofobiya: Müəyyən yerlərdən qorxmaq
Travmatofobiya: Yaralanmaqdan qorxmaq
Trikinofobiya: Qida zəhərlənməsindən qorxmaq
Triskaidekafobiya: 13 sayından qorxmaq
Tripanofobiya: Peyvənd olunmaqdan, ya da iynə vurdurmaqdan qorxmaq
Trikopatofobiya: Saç xəstəliklərindən qorxmaq
Ü
Ürofobiya: Sidikdən qorxmaq
V
Venereofobiya: Zöhrəvi xəstəliklərdən qorxmaq
Venüstrafobiya: Gözəl qadınlardan qorxmaq
Vermifobiya: Soxulcanlardan qorxmaq
Z
Zelofobiya: Qısqanclıqdan qorxmaq
Zoofobiya: Heyvanlardan qorxmaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB