2016-cı ilin fevralı meteoroloji müşahidələrin aparıldığı dövrdən bəri Yer kürəsinin ən isti ayı olub. Bu barədə kosmik peyklərdən alınan məlumatları analız edən NASA ekspertləri məlumat verib.
Alimlər El-Ninyo fenomeninin ən güclü uyğunluğunun səbəbini qlobal antropogen istiləşmədə görürlər.
NASA-nın hesablamasına görə ötən fevralda Yer səthinin orta temperaturu 1954-cü ildən 1980-ci ilə qədər müvafiq ayların orta göstəricisindən selsi şkalası üzrə 1,35 dərəcə çox olub. Bu, elmi meteoroloji müşahidələrin aparılmağa başlandığı 1880-ci ildən indiyədək orta temperaturdan ən ciddi kənarlaşmadır. Beləliklə də 2016-cı ilin fevralı həmin ilin yanvar ayına məxsus anomaliya rekordunu yeniləyib.
Xatırladaq ki, El-Ninyo Sakit Okeanın ekvatorial hissəsinin üst layının temperatur anomaliyasını ifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB