Obama: “Putin axmaq deyil”

ABŞ prezidenti Barak Obama Rusiya dövlət başçısı Vladimir Putinlə bağlı düşüncələrini bölüşüb. SİA-nın məlumatına görə, "Atlantic" jurnalına müsahibə verən Obama Putinlə baş tutan görüşlərindən danışıb.

O, Putinlə baş tutan görüşlərini iş toplantılarına bənzədib və Putinin görüşlər zamanı çox kübar və səmimi davrandığını qeyd edib.

Obama vurğulayıb ki, Putin bəziləri ilə müqayisədə onu heç vaxt saatlarla gözlətməyib: "Bəzi amerikalıların düşündüyünün əksinə Putin ölkəsinin ABŞ-la olan əlaqələrinə önəm verir.

Putin bizimlə əməkdaşlıq qurmaq və Rusiyanın ABŞ-la tarazlıq təşkil etməsini istəyir. Çünki Putin axmaq deyil. O, Rusiyanın dünya ölkələri arasındakı ümumi mövqeyinin zəiflədiyini qavrayır".

Bütün xəbərlər Facebook səhifəmizdə