Rusiyada yetkinlik yaşına çatmayan iki qızın diqqətsizliyi az qala onlara baha başa gələcəkdi. Amur körfəzində buzun üzərinə çıxan qızlar, selfi çəkərkən buz parçası sınıb və sahildən uzaqlaşıb. Onlar təhlükəni fərqə edəndə artıq gec olub. Buz parçası üzərindəki qızlarla birlikdə onlarla metr sahildən uzaqlaşıb.
Buz parçasının getdikcə əriməsi və üstəlik sahildən uzaqlaşması qızların həyatını təhlükəyə atıb. Suda batmaq təhlükəsi ilə üzləşən şəxslərin köməyinə xilasedicilər gəlib. Onların səyi nəticəsində 14 və 15 yaşlı qızları xilas etmək mümkün olub.
Məlumata görə, əgər təhlükəsizlik əməkdaşları hadisədən vaxtında xəbər tutmasaydı buz parçası əriyə və ya sahildən yüzlərlə metr uzaqlaşacaqdı. Belə də faciə qaçılmaz olacaqdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB