Amerikalı məşhur aktyor Corc Kluni ABŞ prezidentliyinə namizəd olan Donald Trampı faşist adlandırdı. SİA-nın "The Guardian"a istinadən verdiyi məlumata görə, yeni filminin təqdimatı üçün Berlində olan Kluni 2016-cı il ABŞ-da baş tutacaq prezident seçkilərinə də laqeyd yanaşmayıb.
Donald Trampı tənqid edən aktyor Trampı xaricilərə düşmən olan faşist adlandırıb.
2012-ci ildə prezident Barak Obamanın prezident seçilməsinə dəstək verən aktyor bu dəfə Hilari Klintonu dəstəkləyəcəyini bildirib.
Corc Kluni Donald Trampın seçkilərdəki namizədliyinə əhəmiyyət vermədiyini bildirib: "Seçki zamanı işlər çılğınlaşır. Bu zaman müsəlmanların ölkəyə girişinin qadağan edilməsi kimi axmaqca fikirləri də eşidirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB