Kafelər donuz ətini menyudan çıxartdı

Kafelər donuz ətini menyudan çıxartdı

Almaniyanın bəzi kafeləri donuz ətindən hazırlanmış sosisləri menyudan çıxarıb. SİA-nın "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, ölkənin ənənəvi yeməklərindən olan donuz sosisi ölkəyə sığınan müsəlmanlar üçün menyudan çıxarılıb.

Miqrantların donuz ətinə olan münasibətini görən kafelərin belə bir addım atması Almaniyada geniş mübahisə yaradıb.

Qərara qarşı çıxanlar iş yerlərində, məktəb və universitet bufetlərində donuz sosisinin satışının davam etdirilməsinə çağırış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə