Qardan otel tikildi

Rusiyanın Kamçatka ərazisindən 70 km uzaqlıqda qardan hazırlanan otel açılıb. SİA-nın məlumatına görə, Paratunka çayı vadisində tikilən otelin adı "Dağlıq Bölgə"dir.

Otelin tikinti işləri bir ay ərzində davam etdirilib. "Dağlıq Bölgə" 3 və 6 metrlik iqlulardan (eskimoların yaşadığı qardan hazırlanan evlər) ibarətdir. Otel 14 nəfər üçün nəzərdə tutulub.

Otaqlar istiliyi 3 dərəcə və ya ondan yuxarı səviyyədə olacaq.

"Dağlıq Bölgə"oteli bu ilin may ayına qədər fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə