15.000 dollara aldığı adada cənnət yaratdı FOTOLAR

15.000 dollara aldığı adada cənnət yaratdı FOTOLAR

Avstraliyalı Melita Kaulmandes Hunter adlı evdar xanım yaşadığı monotonluqdan bezərək, Kambocada 15.000 dollara (23.000 manat) ada almaq qərarına gəlir. Siyam körfəzində aldığı adanı qısa müddət ərzində cənnətə çevirən Hunter, eyni zamanda ətraf ərzarilərdə yaşayan yoxsul xalqın dirçəlməsi üçün də xeyriyyəçilik tədbirləri görür.

ada

Başladığı yeni macərada onun ən böyük dəstəkçisi isə həyat yoldaşı olub. Kambocanın ən sevimli "qonaq"larından olan ailə, həmin adada kiçik və fərqli otel tikiblər.

ada

2005-ci ildə başladıqları bu işin nəticəsində ortaya memarlıq baxımından da mükəmməl olan otel çıxıb.

9

Günəşin doğuşunun və batışının izləndiyi "Soung Sea Resort" mehmanxanasında 27 villa, mətbəx, spa, bar və ən əsas da əsrarəngiz bir təbiət var.

12

Burada qalmağın bir gecəlik haqqı isə 870 dollardı. Turistlərin diqqətini çəkmək kimi bir dərdi olmayan avstraliyalı ailənin bu adası ilboyu qonaq sarıdan korluq çəkmir.

11

Otelin inşası zamanı isə yenidən istifadə olunan əşyalarından yararlanıblar. Hətta köhnə bir gəminin qalıqları da inşaatda istifadə edilib.

10

Sihanoukville’a 30 km’lik məsafədə olan adaya qayıq və ya digər dəniz vasitələri ilə gəlmək olur. Bəzi zəngin müştərilər isə vertolyota üstünlük verir.

8

Bu ailənin Kambocada bu qədər sevilməsinin əsas səbəbi isə qurduqları təhsil mərkəzidir. Burada avstraliyalı ailə ətrafda yaşayan uşaqları marifləndirməklə məşğul olur.

6

Otel həm də yoxsulluq və işsizliyin yüksək olduğu ölkədə xeyli sayda adam üçün yaxşı fürsətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə