"Selfie" çəkmək qadağan edildi

Hindistanın Mumbai şəhərinin 16 bölgəsində "selfie" çəkmək qadağan edildi. SİA-nın məlumatına görə, səbəb "selfie" çəkərkən baş verən qəzaların artması ilə bağlıdır.

Araşdırmalara görə, "selfie" çəkərkən yaranan qəzaların sayı üzrə Hindistan birinci yerdəir. 2014-cü ildən bu günə qədər "selfie" çəkərkən yaranan qəzalar zamanı 49 nəfər həlak olub. Onlardan 19-u Hindistanda yaşayanlardır.

Belə ki, qadağa qoyulan bölgələrdə "selfie" çəkməyə cəhd edən şəxs 1200 rupi (təxminən 26 AZN) cərimə ödəməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə