Polis cinayətkarın evində timsah aşkar etdi

Polis cinayətkarın evində timsah aşkar etdi

Hollandiya polisi narkotik satışı ilə məşğul olan şəxslərin pullarını timsahlar vasitəsilə qoruduğunu aşkar edib. SİA-nın məlumatına görə, Hollandiyada geniş narkotik əməliyyatı həyata keçirilib.

Əməliyyat Amsterdam və Almere şəhərlərində təşkil edilib. Polis əməliyyat zamanl yeddi evə basqın edib və narkotik satışı ilə məşğul olan 11 nəfəri həbs edib.

Amsterdamdakı bir evə basqın edən polis iki timsahla qarşılaşıb. Polis ev sahibinin köməyi ilə timsahlar tərəfindən xəsarət almadan evi axtara bilib. Məlum olub ki, timsahlar otaqda gizlədilən 300 min avronu qorumaq üçün evə gətirilib.

Polis cinayətkarların timsah saxlamaq üçün qanuni şəkildə icazə aldıqlarını deyib.

Qeyd edək ki, əməliyyat zamanı 500 min narkotik həb aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə