Tarixin ən qəddar 10 qatil qadını

Tarix boyu çoxlu sayda qəddar, qaniçən insanlar olub
Tarixin ən qəddar 10 qatil qadını

Tarix boyu çoxlu sayda qəddar, qaniçən insanlar olub. Təəssüf ki, belələrinin içərisində qadınlar da olub və qarşı cinslərdən öz əməllərinə görə, heç də geri qalmayıblar. FaktXəbər olaraq bu gün onlardan ən çox adı çəkilən 10 qadını təqdim edirik.

1. Elizabeth Bathory "Qanlı Kontes" (1560-1614)

"Qanlı Kontes'' kimi tanınan Elizabeth Bathory tarixdəki ən mərhəmətsiz qadınlardandır. Yaşadığı 1560-1614-ci illər arasında 600-dən çox gənc qızı (bakirə qızları) öldürərək, qanını içib. Öldürdüyü şəxslərin qanı ilə duş qəbul edib. Bəzi tarixçilərə görə, "Qanlı Kontes" gənc qızları öldürməsinin səbəbi gənc qalmaq istəyi olub. O, gənc qızların qanları ilə duş qəbul edərək, gənc qala biləcəyinə inanırmış. Bəzi mənbələr idə Kontesin cadugərliklə məşğul olduğu bildirilib.

2. Williamina Minnie Dean (1844-1895)

Pullu dayə xidməti göstərən Minnie Dean uşaqlara baxmaq əvəzinə, onları öldürürmüş. Götürülən uşaqlar qeydiyyata düşmədi üçün Minnie Deanın bu cinayətlərini uzun müddət heç kim bilməyib. Məlumatlara görə, Minnie Dean 3 uşaq öldürübmüş. Lakin bəzi mənbələrdə bildirilir ki, onun öldürdüyü uşaqların sayı daha çoxdur.

3. Dorothea Puente - "Qatil Nənə" (1929-2011)

Qonaq evi işlədən Dorothea orada qalan müştəriləri səssiz şəkildə öldürüb, daha sonra onların imzalarını təqlid edərək, pullarından istifadə edirmiş.

4. Belle Guiness (1859-1931)

Belle Guinness pula çox həris olub. Məlumatlara görə, 10 il ərzində 20-dən çox insanı öldürüb. Rəsmi olmayan iddialara görə, öldürdüyü insanların sayı 100-dən çox olub. Əvvəlcə evlənmək üçün qəzetlərə elan verir, evləndikdən sonra diqqəti üzərinə çəkməmək üçün bir az gözləyirvə sonra ərlərini başlarına vurduğu sərt bir zərbə ilə öldürüb, bədənini doğrayıb donuzlara yedirdirmiş.

5. Madame Lalaurie (1775-1842)

Varlı və yaxşı əlaqələri olan gözəl xanım Lalaurie evində verdiyi qonaqlıqlara görə ətrafdakılar tərəfindən tanınan bir qadın olub. Məlumatlara görə, 12 yaşlı Lia adlı xidmətçisi saçını darayarkən onu incidib. Lalaurien xidmətçini qırmancla döyərək öldürüb.
Madamenin bu cinayətindən sonra 1140 nömrəli evin mətbəxində bir gün yanğın baş verib. Yanğınsöndürənlər onun evinə gəliblər. Ağzı qıfıllanmış qapıyla rastlaşan yanğınsöndürənlər qapı arxasından qışqırıq və ağlama səsləri eşidiblər. Qapını açandan sonra isə şoka düşüblər. Cəsəd və leş qoxusu içində divarlara zəncirlənilmiş insan bədənləri, bəzisi ölü, bəzisi isə yaralı. İşgəncə ilə öldürülən yeddi cəsəd, dəriləri fərqli şəkildə soyulmuş əllər və ayaqlar tapılıb.

6. Enriqueta Marti (1868-1913)

Kataloniyalı uşaq qatili. Məlumatlarda bildirilir ki, uşaqları öldürdükdən sonra cəsədlərini qaynadaraq onların sümük, yağ və qanlarından müxtəlif eşq iksirləri və ər-arvad dərmanları hazırlayıb, bahalı qiymətə satırmış. Bundan əlavə, varlı pedofillərə küçələrdən qaçırdığı kimsəsiz uşaqları da pulla satırmış. 1912-ci ildə müştərilərindən birinin polisə məlumat verməsi nəticəsində həbs olunmuş və digər məhkumlar tərəfindən öldürülmüşdür.

7. Jiang Qing (1914-1991)


Çin inqilabının memarı Mao Çe Zunqun həyat yoldaşı Jianq Qinq 500 min insanın ölümündə günahlandırılır. Jianq Qinq 36 milyon insana işgəncə verib.

8. İlse Koch - "Buchenwald Cadugəri" ( 1906-1967)

Siyasi məhbusların həbsxanalarının komandiri Karl Otto Kochun həyat yoldaşı olub. "Buchenwald" düşərgəsində məhkumlara qarşı sadist davranışları və mərhəmətsizliyinə görə "Buchenwald Cadugəri" kimi tanınıb. Döyməli bədənləri çox sevən İlse Koch öldürtdüyü, əzab verdiyi şəxslərin dərilərindəki döymələri kəsib çanta, əlcək, gecə lampası düzəldirmiş.

9. Beverly Allitt - "Ölüm Mələyi" (1968)

1991-ci ildə tibb bacısı kimi işləyən Beverly Allit uşaq xəstəxanasında dörd uşağı öldürüb, beşini yaraladığına görə həbs olunubmuş.

10. Mary Ann Cotton "Qara Dul" (1832-1873)

Mary Ann dörd ərini, bir sevgilisini, bir dostunu və 12 uşağı "arsen" adlı maddə ilə zəhərləyərək, öldürmüşdü. Mary Ann 24 mart 1873-cü ildə asılaraq edam edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə