Dəri gözəlliyin təməli sayılır. Təbii ki, gözəl, sağlam və parlaq dəriyə sahib olmaq üçün nizamlı olaraq qulluq etmək lazımdır.
Doğru üsullarla xəyal etdiyimiz dəriyə sahib olmaq, əlbəttə, çox asandır. Amma doğru bildiyimiz səhvlər geri dönülməz nəticələrə gətirib çıxara bilər.

Dəri təmizləməsində bu üsullara diqqət edin:
Üzü həddindən çox yumaq
Tez-tez yuyulan üzdə yağ tarazlığı pozulur. Bu zamanla problemli və xoşagəlməyən bir görüntüyə ortaya çıxarır.

Peelinq prosesində diqqətli olun:
Dərinizə ehtiyac olduqca pelling əməliyyatı etməlisiniz. Ölü hüceyrələrin soyulması adlanan pelling prosesi həftədə iki dəfədən çox edilməməlidir.
Dərinizi hər hansı bir təmizlik vasitəsindən sonra yaxşı durulayın
Təmizləyici vasitələr tam durulanmasa, o zaman dəridəki məsamələr tıxanar.

İsti sudan istifadə:
Həddindən artıq isti sudan istifadə etsəniz dərinizdəki yağ tarazlığı məhv olar. Əgər quru bir dəriyə sahib olmaq istəmirsinizsə ilıq suyla yuyunun.

Dəsmalla ehtiyatlı qurulanın
Yuyunduqdan sonra dəsmalı dərinizə, əsasən də üzünüzə yavaşca toxunduraraq qurulayın. Dəsmalla ovalamaq, möhkəm qurulanmaq dərinizə zərəlidir.

Nəmləndirmək
Dərinizi təmizlədikdən sonra nəmləndiri kreminizi vurmaq üçün tələsin. Dəri qurumamış vurulan nəmləndirici daha parlaq və yumşaq görüntü verər.

Düzgün seçim edin:
İstifadə məhsulun keyfiyyətli və dəri tipinizə uyğun olmasına diqqət edin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB