"Nature Microbiology" jurnalı Amerikanın Texas və İsveçrənin Upsala Universitetlərinin başçılığı ilə beynəlxalq bioloqlar komandasının araşdırmalarının nəticələrini dərc edib. SİA "Naked science"a istinadən xəbər verir ki, alimlər Cənubi Afrikadakı şaxtaların birində, təxminən üç kilometr dərinlikdə oksigensiz və işıqsız yaşaya bilən mikroorqanizm aşkarlayıblar.
Bioloqlar "cəhənnəm" mikrobunun bu şəraitə uyğunlaşdığını təsdiqləyiblər. Analizlərin nəticələri yeraltı mikroorqanizmlərin "Archean" ailəsinə aid olduğunu göstərib.
Bakteriyaların bu yeni sinfi yunan-Roma yeraltı dünyasının tanrısı Hadesin şərəfinə "Hadesarchaea" adlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB