Asteroid Yer kürəsinə doğru hərəkət edir

Asteroid Yer kürəsinə doğru hərəkət edir

"2013 TX68" adlı asteroid martın 5-də Yerə ən yaxın məsafədə olacaq. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, həmin gün asteroidlə Yer arasında məsafə təxminən 17 min kilometr olacaq. Bu məsafə Yer üçün böyük təhlükə yaratmır.

Asteroidin diametri 30-40 metrdir.

Qeyd edək ki, "2013 TX68" asteroidi 2013-cü ildə Katolina Rəsədxanasının astronomları tərəfindən tapılıb. Bu göy cisminin növbəti dəfə Yerə yaxınlaşması 2017-ci ildə gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə