Barbi hicabda FOTOLAR

Hicab müasir dəbin əsas göstəricilərindən biridir. Bunu artıq dünyanın bir çox məşhur brendləri də etiraf edir. Bu tendensiyanı dəstəkləyənlər arasında "DKNY", "H&M", "Uniqlo" kimi markalar var. Onların sırasına daha biri – "Dolce&Gabbana" da əlavə olunub. Dizaynerlər Barbi kuklaları üçün hicab geyimləri hazırlayıb. 24 yaşlı nigeriyalı sosial şəbəkə istifadəçisi Hənifə Adam "İnstagram"da hesab açaraq hicablı barbilərin fotolarını paylaşıb.

Şəkillərin səhifədə yerləşdirilməsindən 2 ay sonra 7 mindən çox istifadəçi açılan yeni "İnstagram" hesabını izləməyə başlayıb. Sosial şəbəkədə səhifənin adı isə "Hicarbi" adlanır.










Bütün xəbərlər Facebook səhifəmizdə