Təbii fəlakət zamanı qoruyan… ÇARPAYI

Çarpayı içəridən ərzaq, su, tibbi ləvazimatlar, qaz maskası və hətta gigiyenik salfetlərlə ilə tam təchiz olunub
Təbii fəlakət zamanı qoruyan… ÇARPAYI

FHN mütəxəssisləri seysmoloji zonaya düşən insanlara təbii fəlakət zamanı ağır mebelin altında, yaxud da qapı aralıqlarında gizlənməyi tövsiyə edirlər. Lakin bir çox hallarda zəlzələ gecə vaxtı olur. Bəs belə olarsa nə etməli? Mütəxəissislər bunun da çarəsini tapıblar. Belə ki, onlar xüsusi çarpayı ixtira ediblər ki, təbii fəlakət zamanı onun içinə düşürsən, sonra isə sandıq kimi qapağı örtülür.

Çarpayı içəridən ərzaq, su, tibbi ləvazimatlar, qaz maskası və hətta gigiyenik salfetlərlə ilə tam təchiz olunub. Əgər bayırlda tüstü yoxdursa, sandığın qıraqlarında hava uçun yer var. Yanğından mühafizə üçün onun ətrafı xüsusi örtüklə bağlanır. Həmçinin axtarış zamanı rahat tapılması üçün sığınacağın üstündə siqnal yeri və xüsusi işarələr də ola bilər.

Düzdür, ilk baxışda insan özünü qəbirdəki kimi hiss edə bilər, ancaq, necə deyərlər, bu halda ölməmək üçün qəbrə girmək lazımdır. Qeyd edək ki, ixtiranın müəllifləri Dahir İnşaatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə