Hadisə Paris restoranlarından birində baş verib
İki məmur arasında dava düşdü

FİFA prezidentliyinə namizəd Jerom Şampan Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrea ilə dalaşıb. Tərəflər arasında dava-dalaş Paris restoranlarından birində baş verib. Şampan Noeli nahar yeməyinə dəvət edib. O, federasiya rəhbərindən seçkilərdə ona səs verməsini xahiş edib.

Noel isə UEFA-nın dəstəklədiyi namizədə - İnfantinoya səs verəcəyini bildirib. Nəticədə, Şampan prezidenti Fransa siyasətçiləri vasitəsiylə təhdid edib. Bundan əsəbiləşən Noel Şampanı təhqir edərək, restoranı tərk edib.

Şampan mətbuata verdiyi açıqlamada məlumatı təsdiqləyib:

"Bəli, belə hadisə baş verib. Mətbuatda yayılan məlumatı təsdiqləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə