Bir müddət əvvəl rekord qiymətə satılaraq "Facebook" şirkətinin tərkibinə qoşulan "WhatsApp"ın istifadəçilərinin sayı 1 milyardı keçib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, "Facebook" qurucusu Mark Zukenberq aylıq aktiv "WhatsApp" istifadəçilərinin sayının 1 milyardı keçdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Mark Zukenberqin yaratdığı "Facebook" 1 milyard istifadəçi sayını keçmişdi. İndi isə Mark Zukenberq "WhatsApp" ilə bu rekordu yenidən qırmış oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB