Bu ağac Hz. İsa ilə yaşıddır FOTO

Bu ağac Hz. İsa ilə yaşıddır FOTO

Türkiyənin Qırağac mahalında yetişmiş bu zeytun ağacının yaşının 1652 il olduğu məlum olub, lakin ağacın yaşının 2016 il olduğu ehtimalı daha yüksəkdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Manisa şəhərinin Qırağac mahalında yetişmiş bu ağacın Türkiyənin ən yaşlı, dünyanın isə meyvə verən ən yaşlı ağacı olduğu müəyyənləşdirilib.

Qırağacın Ərzaq, Əkinçilik və Heyvandarlıq üzrə mahal müdiri Məlikşah Daşqın ağacın dəqiq yaşının karbon testi vasitəsilə daha da dəqiqləşəcəyinin deyib.

O, ağacın yaşının 1652 il kimi qeyd olunduğunu, lakin böyük ehtimalla onun yaşının daha çox ola biləcəyini vurğulayıb: "Biz onun yaşının 2016 olduğunu düşünürük. Müvafiq testlər həyata keçirildikdən sonra ağacın Həzrəti İsa ilə eyni yaşda olduğunu sübut edə biləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə