Məkkənin 128 ildə ağlasığmaz dəyişməsi FOTOLAR

Məkkənin 128 ildə ağlasığmaz dəyişməsi FOTOLAR

Sentyabr ayında Məkkədə 2 böyük faciə yaşandı. İlk faciə 11 sentyabrda Kəbəni genişləndirmə proyekti üçün istifadə edilən kranlardan birinin aşması nəticəsində baş verdi. Həcc ziyarəti üçün orda olan 111 zəvvar vəfat etdi. Bundan bir neçə gün sonra 24 sentyabrda isə şeytana daş atma ritualında çıxmış izdiham, 769 zəvvarın ölümünə və 100-lərlə müsəlmanın yaralanmasına səbəb oldu. Səudiyyənin ruhani lideri hadisə ilə bağlı açıqlamasına "Tale, alın yazısı qaçınılmazdır. Bu işdə səlahiyyətli şəxslərin heç bir günahı yoxdur" deyə, bildirib.

Bu son hadisədə isə son 25 ildə şeytan daşlama ritualında çıxmış qatışıqlıqdan, 3500-dən çox insan həyatını itirmiş olub.

Vəziyyət belə olduğu üçün, Həcc ziyarətinin insan həyatını heçə sayaraq, materialist şəkildə ticarətə çevrilmiş olması yenidən müzakirə mövzusuna çevrilib. Məkkə və Mədinənin genişləndirmə işlərinin ardından Səudiyyə Ərəbistanının həcc və ümrə gəlirlərinin 1.66 milyard dollara yüksəlməsi gözlənilir. 2020-də bu rəqəmin 4.8 milyard dollar olacağı düşünülür. İndi isə hadisəyə qəza yox, cinayət desək heç də yanlış olmaz... 25 min avroya VIP Həcc turları, özəl mühafizəçi və vertolyotla olan şeytan daşlama rituallardan, Kəbə mənzərəli bahalı evlərdən, villalardan danışmağa belə dəyməz..

Ya da biz susaq, fotolar danışsın. 1887-ci ildə fotoqraf Al Sayyid Abd al Ghaffar Həcc ziyarəti vaxtı Məkkənin görüntülərini çəkib. 128 il sonra bugün Məkkə nəhəng inşaat kranlarının hökm sürdüyü çox başqa bir yerdir... Al Sayyid Abd al Ghaffarın 128 il qabaq çəkdiyi şəkilləri bu gün ilə müqayisə edək.

Al Sayyid Abd al Ghaffar / Library of CongressAhmad Masood / ReutersAl Sayyid Abd al Ghaffar / Library of CongressMosa’ab Elshamy / APAl Sayyid Abd al Ghaffar / Library of CongressMosa’ab Elshamy / APAl Sayyid Abd al Ghaffar / Library of CongressMuhammad Hamed / Reuters

Bütün xəbərlər Facebook səhifəmizdə