Sofiya Verqara bir kosmetika firmasına görə məhkəməyə müraciət edib
43 yaşlı amerikalı aktrisa Sofiya Verqara bir kosmetika firmasına görə məhkəməyə müraciət edib. Türkiyənin "Vətən" qəzeti xəbər verir ki, Verqara reklamında ondan icazəsiz olaraq fotosunu istifadə edən firmadan 15 milyon dollarlıq təzminat tələb edib.
O, özünü "aldadılmış və fanatlarını aldatmış kimi" hiss etdiyini bildirib.
Qeyd edək ki, aktrisa ötən il həmkarı Co Mancaniello ilə ailə qurub. Aktrisanın birinci evliliyindən 22 yaşlı oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB