Orbitdə yığılıb qalan kosmik tullantılar yeni dünya müharibəsinə səbəb ola bilər. Belə xəbərdarlıqla alim astronavtlar çıxış edib. "Akta Astronautika" jurnalına qlobal münaqişənin mümkün ssenarisi haqda danışan alimlər bildirir ki, orbitdə yığılıb qalan kosmik tullantı Yer kürəsində ciddi siyasi böhrana, hətta genişmiqyaslı müharibəyə gətirib çıxara bilər.
Məsələ burasındadır ki, fəzadakı tullantılar əsl təhlükə mənbəyinə çevrilib və onlar orbitdə peyklərlə toqquşa bilər. Kosmik aparatlara malik olan ölkələr isə bunu özlərinə hücum kimi qiymətləndirəcəklər.
Rusiya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) kosmik agentlikləri olan NASA və "Roskosmos"un hesablamalarına görə, hazırda orbitdə 20 mindən artıq müxtəlif aparat qalığı var. Yaxın fəzada isə belə hissələrin sayı trilyondan çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB