Sizə təqdim etdiyimiz bu avtomobillər alıcılar tərəfindən ən çox bəyənilən modellər hesab olunur. Hətta avtomobil həvəskarları bu maşınları əfsanə hesab edir. SİA sizə ən çox bəyənilən 10 avtomobil modelini təqdim edir.

"Maserati Granturismo"un istehsalına 2007-ci ildən başlanılıb. 2010-cu ildə isə avtomobil dizayn cəhətdən daha da mükəmməlləşdirilib. Avtomobilin satış qiyməti 150 000 dollardır.

"Porsche 918 Spyder" məhdud şəkildə istehsal olunur. Avtomobilin satış qiyməti 848 000 dollardır.

"Chevrolet Corvette C6 ZR1 - The Blue Devil" idman avtomobilinə bənzəsə də, əslində zərif və klassik dizayna malikdir. Avtomobilin satış qiyməti 112 000-130 000 dollar arası dəyişir.

"Bentley Mulsanne" artıq neçə ildir ki, status və sinif rəmzi olub. Avtomobilin satış qiyməti isə 306 000 dollardır.

"Aston-Martin Rapide"nin xarici qədər daxili də mükəmməl şəkildə dizayn olunub. Avtomobil güclü səs, istilik və soyutma sisteminə, həmçinin dəri ilə döşənmiş daxili interyerə malikdir. Bu maşın gözəl olduğu qədər güclüdür. Onun satış qiyməti isə 201 000 dollardır.

"Ferrari 458" "Ferrari"nin 430 modelindən biridir. Lakin onların içərisində ən diqqət çəkən model də məhz budur. Avtomobilin satış qiyməti 237 000 dollardır.

"Lamborghini Aventador" mühərrikinə görə olduqca güclüdür. Bu maşın mühərrki gücünə görə, dünyanın ən qabaqcıl avtomobillərindən hesab olunur. Avtomobilin qiyməti isə 400 000-440 000 dollar arası dəyişir.

"Chevrolet Corvette C7"in özündən əvvəlki buraxılışlarından fərqi baqaj tutumunun az olmasıdır. Avtomobil sırf idman stilində dizayn edilib.

"Honda NSX 2015" avtomobili uzun müddətdən sonra ilk dəfə 2012-ci ildə Nyu Yorkda baş tutan Beynəlxalq Avtomobil sərgisində nümayiş olunub. "Honda" "NSX" modelinin istehsalını 2005-ci ildə dayandırsa da uzun fasilədən sonra avtomobilin istehsalına yenidən start verdi.

"Jaguar XF Premium Luxury" adından da göründüyü kimi lüks bir avtomobildir. Xarici dizayn kimi avtomobilin daxili dizaynı da müəyyən dərəcədə klassikdir. Maşının oturacaqları dəridəndir. Avtomobilin satış qiyməti isə 45 000-95 000 dollar arası dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB