300 yaşı olan evin içi inanılmaz gözəldir! FOTOLAR

300 yaşı olan evin içi inanılmaz gözəldir! FOTOLAR

Bu ev Böyük Britaniyada Kornualla sahillərində yerləşir və heç də təzəlikcə tikilməyib. Belə ki, bu ev 1680-cı ildə tikilib.

Bəli, səhv oxumadınız - 300 il əvvəl. Eksteryerinə baxdıqda, ev olduqca kiçik və çox adi görünür. Daş divarlar, kiçik pəncərələr… Lakin yeni evlənmiş cütlük bu evi almış və içində möcüzələr yaratmağı bacarmışdır. İndi bu evin içində insana rahat və gözəl yaşaması üçün lazımlı olan hər şey var.

Ev

ev

Xaricdən baxdıqda olduqca sadə görünən bu ev 300 il əvvəl tikilib.

Giriş

ev

Hündür insan hətta evə girmək üçün əyilmək məcburiyyətində qalır.

Qonaq otağı

ev

İçəri daxil olduğunuzda isə hər şey gözlədiyinizin tam əksi olur. Sizi müasir "retro" üslubunda interyeri olan çox gözəl bir ev qarşılayır. Qonaq otağında yumşaq divan, televizor, kamin və kitab oxumaq üçün xüsusi guşə də var. Bir sözlə, rahatlıq üçün hər şey bir otaqda cəmlənib.

Kamin

Qonağ otağındakı kamin əsrlər əvvəl olduğu kimidir. Evin sahibləri təhlükəsizlik məqsədilə bir neçə element əlavə etsə də, ümumi görüntü dəyişilməz olaraq qalıb. Siz bu kamində ənənəvi üsullarla ocaq yandıra bilərsiniz.

Yataq otağı

Yataq otağında isə ikinəfərlik yataq sanki kral və kraliça üçündür. Bütün divarlar ağ rəngə boyanıb. Taxta şkaflar otağa əlavə gözəllik bəxş edib.

Uşaq otağı

Yataq otağının yanındakı uşaq otağı çox şirin və rahatdır. Burada yatan körpənin yuxusu da yəqin möhkəm olar.

Hamam otağı

Pastel rənglərində olan hamam həm də çox geniş və rahatdır.

Mətbəx

İnsana rahatlıq üçün lazım olan hər şeyin olduğu bu geniş və işıqlı mətbəxdə səliqə-səhman hökm sürür.

Səhər yeməyi üçün xüsusi guşə

Mətbəx o qədər genişdir ki, siz səhər yeməyinizi də mətbəxdə qoyulmuş xüsusi stolda edə bilərsiniz.

Evin həyəti

Gözəl havada içəridə oturmaq da bir başqa işgəncədir. Bu evin sahibləri gözəl havada həyətdə qurulmuş xüsusi stolda da səhər yeməyinin ləzzətini çıxara bilərlər. Bundan başqa, əgər hava yağışlıdırsa, üstüörtülü xüsusi məkanda da açıq havadan həzz ala bilərlər.

Bir sözlə, bu ev 300 il əvvəl tikilsə də, bir çox müasir binalardan daha gözəldir.

Bütün xəbərlər Facebook səhifəmizdə