Dünyanın ən sürətlə qaçan hepardı öldü

Dünyanın ən sürətlə qaçan hepardı öldü

Sürətli qaçışına görə dünya rekordu müəyyənləşdirən Sara ləqəbli hepard ABŞ-ın Ohayo ştatında Cincinnati zooparkında ölüb. Hepard 2012-ci ildə, 11 yaşında ikən 100 metr məsafəni 5.95 saniyə ərzində qaçaraq dünyanın ən sürətli məməlisinə çevrilib.

Yaşı 15-ə çatan Saranın səhhəti pisləşdiyindən baytar həkimləri heyvanın əzabını yüngülləşdirmək üçün ona iynə vurub öldürmək qərarına gəliblər.

Xatırladaq ki, heparda ən sürətli məməli titulu "National Geographic " jurnalı tərəfindən verilmişdi. Onun qeydə alınan maksimal sürəti saatda 98.2 kilometr (2012-ci il) olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə