Qəribə hekayələri olan məkanlar

Bu xarabalıqların hər birinin özünəməxsus, qəribə hekayəsi və tərk edilmə səbəbləri var. SİA sizə bu məkanların hər birinə məxsus olan maraqlı hekayələrini təqdim edir.

Almaniyanın Bilitz Hərbi Xəstəxanası. I və II Dünya Müharibələri zamanı alman ordusu tərəfindən istifadə edilirdi. 1916-cı ildə Adolf Hitler bu xəstəxanada müalicə olunub. Xəstəxana 1966-cı ildən bu günə qədər istifadə edilməyib.

Yaponiyanın Haşima adası. 1810-cu ildə burada kömür yataqları kəşf edilib. Həmin illərdə burada çoxlu sayda insan yaşayıb. 1974-cü ildə isə kömür ehtiyatları tükənib və insanlar kütləvi şəkildə buranı tərk edib. 2015-cil ilin iyun ayından etibarən bu ada UNESCO-nun Dünya Mirasları arasında qorunur.

Hotel de Salto. 1924-cü ildə Kolumbiyanın San Antonia qəsəbəsində tikilib. Hoteldə çoxlu sayda insan intihar edib. Bu səbəbdən o, öz fəaliyyətini dayandırıb.

Namibiyanın Kolmanskop adlı mədən qəsəbəsi. 1908-ci ildə inşa olunub, 1956 ildə isə tərk edilib.

Ukraynanın Pripyat qəsəbəsindəki evlərdən biri. Çernobil Nüvə Stansiyasının 3 kilometr uzaqlığında yerləşir. 1986-cı ildə stansiyada baş verən qəzadan sonra ərazi qadağan edilib.

Nara əyləncə parkı. Yaponiyada yerləşir. 1961-ci ildə açılıb, 1990-cı ildə isə maddı problemlər ucbatından fəaliyyətini dayandırıb.

Sənədli film çəkən 4 mütəxəssisin içində olduğu bir gəmi. Braziliyaya məxsus Mar Sem Fim adlı bu gəmi 7 aprel 2012-ci il tarixində Antarktidada sahilə sürüklənərək suyun altında donaraq qalıb.

Oyuncaq Körpə adası. Meksikada yerləşir. Həmin adadakı bütün ağaclara və kolluqlara oyuncaq körpələr asılıb. Bu oyuncaqları meksikalı bir kişinin balaca ikən ölən bir qız uşağının ruhunu sevindirmək üçün asdığı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə