Telefonunuzu satarkən diqqət etməli olduğunuz məqamlar FOTO

Telefonunuzu satarkən diqqət etməli olduğunuz məqamlar  FOTO

Sizə müxtəlif səbəblərdən təcili pul lazım olduğunda, smartfonuzu satıb daha az büdcəli telefon almaqyaxşı ideya ola bilər, lakin bir halda ki, bu addımı atdıqda lazımlı şeylərə fikir verərək edəsiniz. Telefonunuzun fotoşəkilini çəkib, online satış saytlarında elan vermək asandır. Ancaq ən yaxşı nəticə üçün satış işinə diqqət göstərməniz, potensial alıcılara bunu hiss etdirməyiniz lazımdır. Əlbəttə, telefonunuzun yaxşı halda olması və yaxşı görünməsi də şərtdir.

sell-iphone

Düzgün zamanı seçin

Satış işində planlaşdırma əhəmiyyətlidir. Telefonunuz üçün ən yaxşı qiyməti istifadəsinin ilk ilində ala bilərsiniz. Məsələn, hər il yenilənən iPhone yeni modeli çıxmamışdan bir ay əvvəl satmaq, ağıllı addım hesab edilə bilər. Eynisini Samsung’un Galaxy S seriyası üçün də deyə bilərik. Telefonunuzu yeni model təqdim olunmamıçdan əvvəl, "ən son model" olaraq satsanız daha çox pul alacaqsınız.

iPhone’larda iOS’un ən son versiyasına yenilənmə mümkündürsə, iPhone’lar hər zaman daha çox pul gətirəcək. Buna görə də telefonunuzun hansı əməliyyat sistemlərində işlədiyini (platformadan müstəqil olaraq) araşdırın. Ən son yenilikləri istifadə etmək mümkündürsə, daha çox pul tələb edə bilərsiniz.

Smartfonunuzu qoruyun

Örtüklər, ekran qoruyucuları və diqqətli istifadə satış zamanı işinizə yarayacaq şeylərdir. Əgər cihazınızda cızıqlar və s. varsa, bunları potensial müştərilərin əvvəldən bilməsinə şərait yaradın. Telefonunuzu alacaq olan birinin əvvəldən imtina etməsi, daha sonra fikrini dəyişib pulunu geri istəməsindən yaxşıdır.

cellphone_LG2

Cəlbedici hala gətirin

Hər zaman orijinal qutunu, şarj adapterini, SİM adapterini və varsa, SİM slotu açarını satışa daxil edin. Bunları etməklə, telefona əhəmiyyət verdiyinizi göstərəcək və təkrar satış qiymətini artıracaqsınız. Paketə ekran qoruyucu, örtük, kabelsiz şarj adapterləri və dock’lar kimi aşağı xərcli ekstraları əlavə etməniz, şansınızı artıra bilər.

Əvvəl ətrafınızı araşdırın

Telefonunuzu online satış saytlarında sərgiləyərək geniş bir alıcı kütləsinə çata bilərsiniz. Ancaq telefonunuzu tanışlarınıza sataraq, daha asan bir formada daha çox qazanmağınız mümkün ola bilər. Bunun üçün yerli bir qəzetə elan verə bilər, Facebookdakı "satış" qruplarından istifadə edə bilər, tələbəsinizsə, elan panolarını və məktəbin tez-tez ziyarət edilən səhifələrini və jurnallarını istifadə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə