100 kilo arıqlayan qadın hamını şoka saldı FOTO

100 kilo arıqlayan qadın hamını şoka saldı FOTO

Kiloları üzündən həyatı sanki kabusa döndü. Ancaq 180 kilodan 80 kiloya qədər düşməsi və dəyişməsi ətrafdakılarda təəccüb yaratdı.

Şiddətli mədə ağrıları yaşayan Ashleigh Munn adlı gənc qadının ultrasəs müayinəsi zamanı yumurtalıqlarında qovun böyüklüyündə bir şiş tapılıb. Dərhal əməliyyata alınan qadın sağlam qidalanma və idman sayəsində 180 kilodan 80 kiloya qədər arıqlayıb.

Həkimlər Munn-un qeyri-sağlam həyat tərzi və qidalanma üzündən yumurtalıqlarının birində qovun böyüklüyündə bir kista meydana gəldiyini iddia edirlər.

Munn ''Oyun qruplarında anaları gördüyüm zaman çox utandım. Nəfəsimi daha sürətli almaq istəyirdim. Hamiləliyi yemək üçün bir bəhanə olaraq görürdüm. Qızım üçün buna bir son verməliydim''- deyə, bildirib.

Kista alındıqdan sonra sağlam qidalandığını, yoga ilə məşğul olduğunu və qaçdığını bildirən Munn bu heyranedici dəyişikliyini "İnstagram" hesabından izləyiciləri ilə paylaşaraq insanlara ilham mənbəyi olmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə