İranın görünməyən üzü FOTOLARDA

İranın görünməyən üzü FOTOLARDA

İstər Azərbaycandan, istərsə də dünyanın başqa yerlərindən İran hökümətin təzyiqi altında qalan xalq ultra-mühafizəkar hökümət, qatı adət-ənənələr, mitinqlər, nüvə silahı müzakirələri və zorla başı örtülmüş qadınların ölkəsi kimi görünür. İranlı fotoqraf Hossein Fatemi bizə bir anlıq da olsa, İranın tamamilə başqa üzünü görməyə imkan yaradır. "Bir iranlının səyahəti" adlı foto-layihədə əksəriyyəti ilk dəfə dərc olunan, Şərqin valehedici gözəllik və ziddiyyətini göstərən fotolar var.

Hər nə qədər İran höküməti öz xalqını dindar və mömin cəmiyyət kimi göstərməyə çalışsa da, Fatemiyə görə bağlı qapıların arxasında "bir hissəsi gizlənmiş bir ölkə" var. Fatemi insan instiktinin müəyyən olunmuş sərhədləri aşmağa çalışdığını deyərək, içən, çəkən, oxuyan və əylənən bu adamların fərqli bir həyatlarının olduğunu deyir.

Fatemi üçün bu fotoları çəkmək olduqca çətin şərtlər altında mümkün olub. Onun fotolardakı mühitlərə girməsi bəzən aylarla vaxt alıb və bundan əlavə, heç də hamı üzünün görünməsinə razılıq verməyib. Hətta, bəziləri işini itirmək qorxusundan ümumiyətlə çəkilişə icazə verməyib. Bütün bu çətinliklərə baxmayaraq fotosessiya uğurla bitirilib və hər kəsə İranı başqa yöndən görmək imkanı verir.

İranlı gənclərin əyləncə həyatı ilə bağlı həmin fotoları sizə təqdim edirik:

Qadın gözəllik mərkəzi. Bura kişilərin girməsi qadağandır

An alternative view on Iran

An alternative view on Iran

Partidə içib, əylənən qadınlar

An alternative view on Iran

Sadəcə qadınların məşq etdiyi idman zalı

An alternative view on Iran

Yerli sənətkar Eylyla öz otağında içib, çəkərək istirahət edir

An alternative view on Iran

Öz evində it saxlayan gənc. İslama görə, itlər təmiz hesab olunmur və bu səbəbdən də, İranda evdə it saxlamaq məqbul qarşılanmır.

An alternative view on Iran

Parkda canlı musiqi

An alternative view on Iran

İki qadın sadəcə kişilərin gəldiyi bilyard salonunda

An alternative view on Iran

əyləncə həyatı

Başını bağlamadan eyvanda siqaret çəkərək söhbət edən iki gənc qadın

əyləncə həyatı

əyləncə həyatı

Həyətdə parkur

An alternative view on Iran

Bütün xəbərlər Facebook səhifəmizdə