Yarpaqşəkilli tərəvəzlər korluğun qabağını ala bilər

Yarpaqşəkilli tərəvəzlər korluğun qabağını ala bilər

Görmə qabiliyyətinin tam itirilməsi ilə müşayiət olunan qlaukoma, eləcə də gözün tor qişasının makulyar degenerasiyası müasir insanların kor olmasının başlıca səbəblərindən sayılır. Amma rasionumuza müntəzəm olaraq tərəvəz daxil etməklə qlaukomanın inkişaf təhlükəsini xeyli azalda bilərik. Məsələn, təbii azot birləşmələri ilə zəngin yarpaqşəkilli tərəvəzlər, o cümlədən turşəng, ispanaq, cəfəri, şüyüd, salat, kahı və s. qlaukomanın inkişaf riskini azaltmaq iqtidarındadır. Harvard Universiteti nəzdində tibb məktəbinin alimləri bu nəticəyə gəliblər.

Amerika alimləri 1986-ci ildən 2011-ci ilədək olan dövrdə təqribən 105 min adamdan (64 min qadın və 41 min kişi) ibarət bir qrup ABŞ sakinini müşahidə ediblər. Tədqiqat iştirakçıları görmə qabiliyyətinin müayinəsinin nəticələri, habelə onların qida rasionlarının fərdi xüsusiyyətləri barədə alimləri müntəzəm məlumatlandırıblar.

Cavabların təhlili göstərib ki, yarpaqşəkilli tərəvəzləri daha çox yeyən iştirakçılarda qlaukoma riski digər iştirakçılar ilə müqayisədə 30 faiz aşağı olub.

Bu baxımdan qıvrım yarpaqlı kale kələmi daha faydalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə