Korrida yaxud öküz döyüşdürülməsi ispan milli tamaşasıdır. Bu mənşəcə qədimdə Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır. Orta əsrlərdə korrida da yalnız nizə ilə silahlanmış atlı senyorlar iştirak edirdilər. Peşəkar ifaçılardan ibarət müasir tamaşa kimi isə 18 əsrin əvvələrində formalaşıb. Korridalar Portuqaliya, Cənubi Fransa və Latın Amerikası ölkələrində də təşkil olunur. Matadorların və torreroların göstərdiyi bu təhlükəli tamaşalar bütün dünyada səs-küyə səbəb olur.

Bəs bu görkəmli və bir o qədər də təhlükəli tamaşalarda öküzü əsəbləşdirən qırmızı rəngin sirri nədədir? Öküzlər axı qırmızı rəngə qarşı niyə bu qədər həssadırlar?
Əslində cavab çox sadədir – Öküzlər qırmızı rəngə heç də həssas deyillər, çünki onların ümumiyyətlə rəngseçmə qabiliyyətləri yoxdur. Yəni, bizə illərdir deyilən bu inanc mifdən başqa bir şey deyil. Öküzləri bu döyüşlər zamanı ən çox əsəbləşdirən şey isə məhz matadorların əllərində tutduqları obyektləri davamlı olaraq tərpətməsidir. Bir daha vurğulayırıq ki, öküzün qırmızı rəngə hücum etməsiylə bağlı olan inanc tamamilə səhvdir. Korrida zamanı qırmızı rəngin istifadəsi tamamilə tamaşaçıların diqqətini cəlb etməyə hesablanmışdır. Öküzlər isə cuşa gəlmiş tamaşaçıların gurultularından və matadorların hərəkətlərindən coşmağa başlayırlar.

Əslində qırmızı rəng öküzləri deyil, insanları coşdurur. Alimlərin apardığı tədqiqatlardan da məlum olub ki, bu rəngin insanlarda həyəcan yaratmaq və ürək döyüntülərini sürətləndirmək kimi gücü var. İnsanların qırmızı rəngə qarşı bu reaksiyalarının səbəbi bilinməsə də, qan rəngində olmasının beyində belə bir həyəcana səbəb ola biləcəyi güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB