Lənkəran rayonunun Bürcəli kəndində Azərbaycan üçün nadir sayılan çoxlu növdə ağaclar yetişdirilir. Belə ağaclardan biri də kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirilən konfet ağacıdır. SİA-nın Cənub bürosunun məlumatına görə, ötən əsrin 80-ci illərində Lənkərana gətirilən konfet ağacının toxumlarını əldə edən N.Cabbarov onu həyətyanı sahəsində əkərək çoxaldıb. Hazırda bağbanın həyətində onlarla konfet ağacı var.

N.Cabbarovun dediyinə görə, əvvəllər bu bitkiyə maraq az olsa da, son vaxtlar konfet ağacına maraq xeyli artıb. Təcrübəli bağban toxumlar vasitəsilə artırdığı bu bitkidən artıq 100-dən çox ağac sata bilib: "Elə ağac olub 50 manata, elə ağac olub ki, 10 manata satmışam. Maraq göstərənlər çoxalır.
.jpg)
Bu bitkidə əsas maraq doğuran isə həm dadına, həm də görünüşünə görə konfeti xatırladan meyvələridir. Meyvələrin yetişməsi isə əsasən dekabr ayına təsadüf edir və şaxtaya çox davamlıdır. Bu nadir ağacın meyvələrinin tərkibini təxminən 35-40 faizinin şəkərdən ibarət olduğu bildirilir. Yetişmiş meyvələrinin şirəsi isə qənddən 300 dəfədən çox şirindir."
.jpg)
Qeyd edək ki, vətəni sayılan Yaponiya, Çin, Hindistan və Koreya kimi ölkələrdə bu ağacın meyvələrindən şirniyyatların hazırlanmasında geniş istifadə olunur.

Ağacın meyvələri həm də müalicəvi xassəyə malikdir. Onlardan nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq, öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində də istifadə edilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB