İsveçdə fəaliyyət göstərən buz otel yenə öz görünüşü ilə izləyənləri heyran qoyur. Münasib şaxtalı hava şəraitində yenidən qapılarını müştərilərin üzünə açan buz otelin bu ilki dizaynı əvvəlkilərdən heç də geri qalmır.
Tamamilə buzdan inşa edilən oteldə gecələmək üçün əməlli başlı xərcə düşmək lazımdır. Bunun üçün uzun məsafə qət edib otelə gələnlər bir gecə üçün azı 215 avro ödəyir. Bu qiymət otaqların forması və göstərilən xidmətə uyğun olaraq min avroyadək dəyişir.
Bəs görəsən,buz oteldə gecələyib, donmağa dəyərmi? Otelin inşa edildiyi bölgədə havanın temperaturu hətta mənfi 40 dərəcə olur. Ancaq bu soyuqda yol gəlib otelə daxil olanlar əməlli başlı rahat nəfəs alır. İçəridə hava nisbətən istidir: mənfi 5 dərəcə…
Hər bir otağı buzdan hazırlanmış fərqli sənət əsərləri ilə bəzədilən otelə ildən ilə maraq artır. Təsadüfi deyil ki, bu otelin qonaqları arasında onun sorağını minlərlə kilometr aralıdan almış turistlər əksəriyyət təşkil edir.
Buz otel aprelin əvvəlinədək fəaliyyətini davam etdirəcək. Otelin damının əriməyə başlaması artıq turist mövsümünün başa çatdığına işarə olacaq...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB