Dırnaq boyası çəkmək bir dərd, onun korlanmasına səbəb olmamaq üçün gözləmək min dərd. Bunu xanımlar çox yaxşı bilir. Belə ki, tələsəndə bu əzab birə min artır və məcbur səliqəsiz dırnaqlarla evdən çıxmalı oluruq. Lakin dünya dəyişir və kaş ki belə olardı dediyimiz şeylər də bir-bir reallaşmağa başlayır.
Artıq kiçik aerozol baloncuqlarda sprey formasında dırnaq boyaları meydana çıxıb.
Sadəcə spreyi dırnaqlarınıza vurmağınız kifayətdir

Daha sonra su ilə yuyursunuz və budur, MÖCÜZƏ!

Prosedur bunlardan ibarətdir: Bazanı dırnaqlarınıza çəkdikdən sonra, spreyi vurursunuz və dırnağınızın ətraflarına yayılmış spreyi su ilə yuyaraq çıxarırsınız. Bu qədər sadə.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB